Milli Şuranın növbəti videokonfransı: Bu dəfə Nemət Pənahlı, İlqar Məmmədov, "Meydan" TV hədəfdə olub - VİDEO

Milli Şuranın növbəti videokonfransı: Bu dəfə Nemət Pənahlı, İlqar Məmmədov, "Meydan" TV hədəfdə olub - VİDEO
# 17 may 2020 15:27 (UTC +04:00)

Milli Şura Kordinasiya Mərkəzi üzvlərinin yeni videokonfransının görüntüləri ortaya çıxıb.

APA-nın məlumatına görə, görüntülər Koordinasiya Mərkəzinin üzvlərinin Nemət Pənahlını lağa qoyub gülməsi ilə başlayır.

Daha sonra AXCP sədri Əli Kərimli sosial şəbəkələrdə aktiv olmaqla bağlı çağırışlar edir.

Əli Kərimli Sevinc Osmanqızının efirində olacağını bildirir, geniş kütlənin o efirə cəlb edilməli olduğunu deyir.

Vidadi Mirkamal isə efirin vaxtının düzgün seçilmədiyini dilə gətirib. O, həmin gün eyni saatda Türkiyənin "Eşkiya dünyaya hökmdar olmaz" teleseriyalının olduğunu, camaatın bu seriala baxdığını bildirib: "Həmin vaxt efir toqquşsa, bu, baxışı kəskin aşağı sala bilər".

Gültəkin Hacıbəyli isə seriala baxanları aşağılayan ifadə işlədir.

Vidadi Mirkamal bir daha serialın onların çıxışlara təsir etdiyi vurğulayıb.

Daha sonra Rafiq Manaflı bəzilərinin onların tezislərindən istifadə edərək özlərini reklam etdiklərini bildirib: "Bizim əlimizdə iki dənə Qənimət Zahid və Sevinc Osmanqızı kimi böyük resus var. "Meydan" TV onlara çatmır. Biz onları zəiflətmişik. İndi Əli Əliyev bizim bostanımıza daş atmır. Biz ona boş-boşuna hücuma keçməyək. Biz onu resuslardan məhrum etməklə ona mane ola bilərik. İndi ona resus verəcək insanları təbliğ edib at belinə mindirmək lazın deyil. Hamıya sözümüzü çatdıra biləcək iki böyük resusumuz var".

Əli Kərimli də "Meydan" TV-nn çox zəiflədiyini dilə gətirib: "Mən ürəkdən Rafiq bəylə razıyam. İndi vəziyyətimiz ekstremaldır, bu vəziyyətdə çox adamın xətrinə dəyməməliyik. Belə mərhələlərdə bizim tərəfimizdən reaksiyalar hamılıqla, sürətli olmalıdır".

"Azadlıq" qəzetinin keçmiş baş redaktoru Rahim Hacıyev REAL partiyasının sədri İlqar Məmmədovla bağlı çıxış edərək onun məsələsinin həll olunduğunu qeyd edib.

Gültəkin Hacıbəyli isə İlqar Məmmədovun 2052-ci ildə deputatlığa namizədliyini verəcəyini deyərək ona lağ edib.

Mill Şuranın rəhbəri Cəmil Həsənli isə bütün üzvləri kompüter arxasına keçməyə və sosial şəbəkədə aktiv olmağa çağırıb.

Qeyd edək kibir neçə gün əvvəl də Milli Şuranın videokonfransının görüntüləri yayılıb. Həmin görüntülərdə Milli Şuranın Koordinasiyası Mərkəzinin üzvlərinin cinsi azlıqları, professor Altay Göyüşovu təhqir etdiklərini, Müsavat və Real partiyasının fəaliyyətlərini lağa qoyduqları ortaya çıxıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR