Zelenski Rusiyanı BMT TŞ-də veto hüququndan məhrum etməyə çağırıb

Zelenski Rusiyanı BMT TŞ-də veto hüququndan məhrum etməyə çağırıb
# 11 dekabr 2023 02:46 (UTC +04:00)

Ukrayna prezidenti Vladimir Zelenski BMT Baş Assambleyasının iclası zamanı Rusiyanın Təhlükəsizlik Şurasında veto hüququndan məhrum edilməsini təklif edib.

APA xəbər verir ki, bu barədə Britaniyanın “The Guardian” nəşri məlumat yayıb.

"Əgər söhbət BMT Təhlükəsizlik Şurasının üzvündən gedirsə, Rusiya Federasiyasını veto hüququndan məhrum edin", - Ukrayna lideri çağırış edib.

Siyasətçinin sözlərinə görə, bu yolla “təcavüzkar ölkə cəzalandırılacaq”.

Zelenski həmçinin Birləşmiş Millətlər Təşkilatını Ukraynanın suveren sərhədlərinin qorunmasında səmərəsiz olmaqda ittiham edib.

“Ukrayna əsgərləri BMT Təhlükəsizlik Şurasının öz səsləri ilə etməli olduğu işi indi öz qanları ilə edirlər”, - deyə o, çıxışını yekunlaşdırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR