Vyetnamda daşqınlar 5 nəfərin ölümünə, 14 nəfərin itkin düşməsinə səbəb olub

Vyetnamda daşqınlar 5 nəfərin ölümünə, 14 nəfərin itkin düşməsinə səbəb olub
# 05 avqust 2019 02:40 (UTC +04:00)

Vyetnamda tüğyan edən “Vifa” qasırğası sel və torpaq sürüşməsinə səbəb olub. Nəticədə 5 nəfər ölüb, daha 14 nəfər itkin düşüb.

APA xəbər verir ki, bu barədə “VnExpress” nəşri məlumat yayıb.

Bildirilir ki, təbii fəlakət ölkənin şimal-şərqindəki Kuanqnin əyalətində baş verib və Hayfon liman şəhərinə yaxınlaşıb. Qasırğa güclü yağıntı ilə müşahidə olunub, küçələri sel suları bürüyüb, daşqınlara və torpaq sürüşməsinə səbəb olub.

Məlumata görə, fəlakətdən ən çox mərkəzi Txanhoa əyaləti ziyan görüb. Burada 3 nəfər ölüb, 13 nəfər itkin düşüb. Şimaldakı Bakkan və Dyenbyen əyalətlərinin hər birində bir nəfər ölüb, bir nəfər də itkin düşmüş hesab olunub.

Hazırda rəsmilər axtarış-xilasetmə işlərinə başlayıb və dağıntılar səbəbindən çıxılmaz vəziyyətdə qalan bölgələrlə əlaqəni bərpa etməyə çalışırlar.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR