Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 11 yoluxma halı qeydə alınıb.
APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Tbilisi İnfeksion Xəstəliklər Xəstəxanasının tibbi direktoru Marina Ezuqbaya məlumat verib. Bununla da ölkədə virusa yoluxanların sayı 794 nəfərə çatıb.
Qeyd olunub ki, Gürcüstanda koronavirus səbəbi ilə 2494 nəfər karantində saxlanılır, 301 nəfər isə stasionar şəraitdə müalicə olunur. Yoluxanlardan 624 nəfər sağalıb, 12 nəfər isə dünyasını dəyişib.
Xatırladaq ki, Gürcüstanda yeni növ koronavirusa ilk yoluxma halı fevralın 26-da təsdiqlənib.