"Grand Agro" MMC beynəlxalq formatlı layihəyə qoşulub

"Grand Agro" MMC beynəlxalq formatlı layihəyə qoşulub
# 30 sentyabr 2024 15:21 (UTC +04:00)

Ötən günlərdə "Grand Agro" MMC, Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycan Əməkdaşlıq nümayəndasi rəhbərliyi ilə "Torpaq Deqradasiyası Neytrallığına Nail Olmuş Azərbaycana Doğru" layihəsinə tərəfdaş kimi qoşulmaqla bağlı ilk onlayn görüş keçirilib.

Bu barədə "APA-Economics"ə MT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatından (FAO) bildirilib.

Məlumata görə, görüşün əsas məqsədi qlobal Ekoloji Fondun dəstəyi ilə yararsız torpaqlardan səmərəli istifadə olunmasına, yaşıllıqların artırılmasına, Bakı və Abşeron yarımadasında bağ-meşə-park salınmasına doğru hədəflərin qoyulmasıdır.

Görüşdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin səlahiyyətli nümayəndələri də iştirak edərək, layihənin Abşeron yarımadasında deqradasiyaya uğramış torpaqların bərpasına verdiyi töhfələrin vacibliyini vurğuladılar. "Grand Agro" MMC-nin geniş əkin sahələri və ixtisaslaşmış bağçılıq fəaliyyəti layihəyə əhəmiyyətli dəstək verə biləcək potensialı ilə diqqət çəkib.

Qeyd edək ki, "Grand Agro" şirkəti, "Agro Food Investments" şirkətinin tərkibində fəaliyyət göstərən və Azərbaycanda ən böyük zeytun plantasiyalarına sahibdir. Şirkətin hazırda 3000 hektar sahəni əhatə edən zeytun və badam plantasiyaları aktiv şəkildə inkişaf etdirilir və bu məhsulların istehsalı ilə ixtisaslaşan ölkənin ən böyük bağçılıq təsərrüfatı olmaqla, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə müəyyənləşdirilmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”ə uyğun olaraq 2030-cu ilədək olan dövrdə ölkədə yaşıllıqların payının artırılması, yararsız torpaq sahələrinin bərpa olunması, deqradasiya və səhralaşmaya qarşı mübarizə sahəsində beynəlxalq formatlı layihədə iştirakımızdan qürur duyur və bu sevincimizi Sizlərlə bölüşməyin həyəcanını yaşayırıq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR