Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədov belaruslu həmkarı Roman Qolovçenkonun müşayiəti ilə oktyabrın 4-də Minskdə Azərbaycan Ticarət Evində olub.
Nazirlər Kabinetindən APA-ya verilən xəbər görə, hökumət başçılarına Azərbaycan Ticarət Evinin fəaliyyəti barədə məlumat verilib, Azərbaycan şirkətlərinin istehsal etdiyi və Belarus bazarına çıxarılan müxtəlif növ məhsullarla tanış olublar.
Daha sonra Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovun və Belarus Respublikasının Baş naziri Roman Qolovçenkonun iştirakı ilə Azərbaycan Ticarət Evində Kəlbəcər “İstisu” mineral suyunun təqdimatı keçirilib.
Tədbir çərçivəsində Kəlbəcər "İstisu" mineral su zavodu və Belarus Respublikasında "Azərbaycan Ticarət Evi" MMC arasında əməkdaşlıq qurmaq məqsədi ilə niyyət protokolu imzalanıb.
Əsas məqsəd "İstisu" mineral su zavodunun məhsullarının Belarusda təşviqi və satışını təmin etməkdir. "Azərbaycan Ticarət Evi" MMC məhsulların bazarda mövqeləndirilməsi, marketinq fəaliyyəti və Belarusun hüquqi tələblərinə uyğunluq sahəsində köməklik göstərəcək.
***
saat 14.13
Azərbaycanın azad edilmiş ərazilərində istehsal edilən ilk məhsul olan “İstisu”nun Belarusda təqdimatı olub.
APA-nın xəbərinə görə, təqdimatda Azərbaycanın Baş naziri Əli Əsədov, Belarus Respublikasının Baş naziri Roman Qolovçenko iştirak edib.
Azərbaycan və Belarusun müvafiq şirkətləri arasında Kəlbəcərdə zavodda qablaşdırılan “İstisu”-nun bu ölkəyə ixracı ilə əlaqədar niyyət protokolu imzalanıb.
“İstisu” Belarus bazarına xoş gəldi", - deyə Belarus Baş naziri təqdimat mərasimində bildirib.
***
13.19
Bu gün azad edilmiş ərazilərdə istehsal edilən ilk məhsul olan “İstisu”nun Belarusda təqdimatı olacaq.
APA-nın xəbərinə görə, təqdimatda Baş nazir Əli Əsədov iştirak edəcək.
Tədbir çərçivəsində Kəlbəcərdə zavodda qablaşdırılan “İstisu”nun bu ölkəyə ixracı ilə əlaqədar niyyyət protokolunun imzalanması da nəzərdə tutulur.