Şəki Xan sarayında Xan çinarın budağı qırılıb, 19 nəfər xəsarət alıb - YENİLƏNİB - FOTO

Şəki Xan sarayında Xan çinarın budağı qırılıb, 19 nəfər xəsarət alıb - YENİLƏNİB - FOTO
# 14 iyul 2019 14:03 (UTC +04:00)

İlkin məlumata əsasən, Şəki Xan sarayında Xan çinarın budağının qırılması nəticəsində xəsarət alanlardan 5 nəfəri əcnəbi vətəndaşdır.

Bu barədə APA-nın yerli bürosuna Şəki Rayon mərkəzi Xəstəxanasından məlumat verilib.

İlkin məlumata görə, ağacın qırılmasına ötən gündən başlayan yağışlı və qeyri-sabit hava şəraitinin səbəb olduğu bildirilir.

Hazırda prokurorluq əməkdaşları hadisə yerində araşdırma aparır.

Hadisə ilə bağlı Baş Prokurorluq və Mədəniyyət Nazirliyinin birgə açıqlaması olacaq.

***

saat 13.43

Bu gün Şəki Xan sarayında Xan çinarın budağı qırılıb.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, hadisə ilə əlaqədar 19 nəfər xəstəxanaya müraciət edib.

Xəsarət alanlardan 4-nün vəziyyəti ağırdır. Nazirliyin məlumatında qeyd edilib ki, Fövqəladə Hallar Nazirliyinin helikopterləri hazır vəziyyətə gətirilib, paytaxtdan yüksək ixtisaslı həkimlər cəlb olunub: "Ehtiyac olduğu halda yaralılar Bakıya gətiriləcək. Digər 15 nəfərə isə ilkin tibbi yardım göstərilib, vəziyyətləri normaldır".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR