Baytarlıq nəzarəti sahəsində 15 min manatlıq cərimə tətbiq edilib

Baytarlıq nəzarəti sahəsində 15 min manatlıq cərimə tətbiq edilib
# 09 iyul 2019 12:30 (UTC +04:00)

“Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən bir il ərzində baytarlıq nəzarəti sahəsində ümumilikdə 124 yoxlama aparılıb və 54 inzibati tənbeh vermə haqqında qərar qəbul edilib”.

APA-nın xəbərinə görə, bunu AQTA sədri Qoşqar Təhməzli qurumun səlahiyyətlərinin icrasına başlamasının bir ilinə həsr olunan mətbuat konfransında deyib.

O bildirib ki, inzibati tənbeh vermə haqqında qərarlardan 8-i xəbərdarlıq olub, cəmi 15 500 manat məbləğində cərimə tətbiq edilib.

Agentlik sədrinin sözlərinə görə, baytarlıq nəzarəti tədbirləri nəticəsində, baytarlıq müfəttişləri tərəfindən müvafiq nöqsanların aradan qaldırılması ilə bağlı ölkə üzrə ümumilikdə 46187.5 kq ət və ət məhsulları məhv edilib və idxal edilmiş 58 200 kq məhsul isə ixracatçı ölkəyə geriyə qaytarılıb: “Agentlik tərəfindən Daxili İşlər Nazirliyi əməkdaşlarının köməyi ilə keçirilmiş əməliyyat tədbirləri nəticəsində mikrobioloji və orqanoleptik cəhətdən qüvvədə olan normativ-texniki sənədlərin tələblərinə cavab verməyən 5947 kq ət aşkar olunub”.

Q. Təhməzli qeyd edib ki, Agentliyin fəaliyyət göstərdiyi dövrdə 112 sahibkardan 893 baytarlıq preparatının qeydiyyata alınması üçün 264 müraciət daxil olub: “Müraciətlər üzrə 243 baytarlıq preparatının, 42 yem və 51 yem əlavəsinin sınaq təcrübələri başa çataraq qeydiyyata götürülüb, 545 məhsulun sınaq prosesi hazırda davam etdirilməkdədir, 12 adda baytarlıq preparatının qeydiyyatı isə dayandırılıb”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR