“Citigroup Inc.” investisiya bankının proqnozlarına görə, Sinqapurun izolyasiya dövrünü uzatdığı üçün ölkədə dərin resessiya baş verəcəyini və 2020-ci ildə ÜDM-in 8,5% azalacağını proqnozlaşdırır.
"APA-Economics"in "Bloomberg"ə istinadən verdiyi məlumata görə, əvvəlki azalma proqnozu 6% idi, lakin uzadılmış karantin proqnozu pisləşdirib.
Qeyd edilir ki, iqtisadiyyat tədricən bərpa olunacaq və bu özünü birinici növbədə ixracın artmasında göstərəcək.