Bu ilin yanvar-may ayları ərzində Azərbaycan 120,9 mln. manat dəyərində 2 342,1 mln. ədəd papiros və siqaretlər və 1 874,1 ton fermentləşdirilmiş tütün istehsal edib.
“APA-Economics”ə Dövlət Statistika Komitəsindən verilən məlumata görə, ilin ilk beş ayında ötən ilin eyni dövrü ilə müqayisədə ölkədə tütün istehsalı dəyər ifadəsində 26,1% artıb.
Tütün məmulatlarının istehsalı:
Məhsul növləri |
2020-ci ilin yanvar-may aylarında istehsal edilib |
Əvvəlki ilin müvafiq aylarına nisbətən, % |
Papiros və siqaretlər, mln. ədəd |
2 342,1 |
2,1 dəfə |
Fermentləşdirilmiş tütün, ton |
1 874,1 |
71,5 |