Bakıda binaların inşası ilə məşğul olan işçilərin 9 faizi qeydiyyatsız çalışır

Bakıda binaların inşası ilə məşğul olan işçilərin 9 faizi qeydiyyatsız çalışır
# 29 may 2019 11:41 (UTC +04:00)

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ("ASAN xidmət") Əmək Münasibətlərinin Monitorinqi Mərkəzi tərəfindən 2018-ci ildə tikinti obyektlərində əmək münasibətlərinin tənzimlənməsi ilə bağlı 104 monitorinq həyata keçirilib və bunlardan 79 monitorinqdə pozuntu halı aşkar edilib.

ONA-nın xəbərinə görə, Dövlət Agentliyinin illik hesabatında bildirilib ki, monitorinqlər zamanı 3990 nəfər yoxlanılıb və bu işçilərdən 946 nəfərin əmək və ya xidməti (mülki) müqavilə olmadan çalışdığı aşkar edilib.

Monitorinq olunmuş işəgötürənlər üzrə qeyri-rəsmi məşğulluq səviyyəsi 23,7% olub: “Müqavilə ilə çalışan 3044 işçidən 180 nəfərin işəgötürənlə əmək münasibətinin xidməti (mülki) müqavilə əsasında rəsmiləşdirildiyi aşkar edilib. Yoxlanılmış işçilərin 231 hüquqi və fiziki şəxsi təmsil etdiyi müəyyən olunub. Səyyar monitorinqlərin keçirilməyə başlanıldığı tarixdən sonra bütün işəgötürənlər üzrə 71 461 əmək müqaviləsi imzalanıb və bunlardan 19 032 əmək müqaviləsi qüvvədədir”.

Sənəddə göstərilib ki, keçirilmiş 104 səyyar monitorinqin hər birindən sonra monitorinq edilmiş işəgötürənlər üzrə 32 902 əmək müqaviləsi imzalanıb və bunlardan 9235 əmək müqaviləsi hazırda qüvvədədir: “Dövlət Agentliyi tərəfindən son bir il ərzində həyata keçirilən nəzarət tədbirləri nəticəsində Bakı şəhərinin tikinti sektorunda əmək münasibətlərinin rəsmiləşdirilməsi sahəsində əhəmiyyətli dərəcədə müsbət dəyişikliklər müşahidə edilməkdədir. Belə ki, monitorinqlər keçirilməyə başlanıldığı dövrdə çoxmənzilli yaşayış binalarının inşası ilə məşğul olan işçilərin təqribi olaraq 45%-i rəsmi qeydiyyat olmadan çalışırdısa, hazırda bu göstərici 9%-ə qədər azalıb”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR