Kuru kosmodromundan “Arian-5” peyk daşıyıcısının buraxılışı uğurla başa çatıb

Kuru kosmodromundan “Arian-5” peyk daşıyıcısının buraxılışı uğurla başa çatıb
# 17 yanvar 2020 05:28 (UTC +04:00)

Cümə axşamı Fransanın Qvianadakı Kuru kosmodromundan orbitə “Ariane-5” ağır yüklü peykdaşıyıcısının buraxılışı olub.

APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, uğurla başa çatan raketin buraxılışı “Arianespace” operator şirkətinin internet səhifəsində canlı yayımlanıb.

Bu, “Ariane-5”in tarixində 107-ci missiya, 2020-ci ildə isə ilk uçuş olub. Raket vasitəsilə Fransa (Eutelsat Konnect) və Hindistana (GSAT-30) məxsus telekommunikasiya peykləri orbitə daşınıb.

Bildirilib ki, Eutelsat Konnect peyki Afrikanın 40 ölkəsində və Qərbi Avropanın 15 ölkəsində rəqəmsal fərqi əhəmiyyətli dərəcədə azaldacaq.

GSAT-30 Hindistan Kosmik Tədqiqatlar Təşkilatının mütəxəssisləri tərəfindən hazırlanıb. Bu, Hindistanın hər yerində yüksək keyfiyyətli televiziya, telekommunikasiya və yayım xidmətləri həyata keçirməyə imkan verəcək.

“Arianespace” mütəxəssislərinin məlumatına görə, 2020-ci ildə şirkət 300-dən çox peyk buraxmağı planlaşdırır. Xüsusilə, ilin sonuna qədər “Vega C” yüngül peykdaşıyıcısının, eləcə də “Ariane 6”nın ilk dəfə kosmosa göndərilməsi gözlənilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR