“Roma” heyətini yeni qapıçı ilə gücləndirir

“Roma” heyətini yeni qapıçı ilə gücləndirir
# 02 iyul 2019 16:40 (UTC +04:00)

İtaliyanın “Roma” klubu İspaniya “Betis”inin futbolçusu Pau Lopesi transfer edir.

APA-nın məlumatına görə, ispaniyalı qapıçının keçidi ilə bağlı danışıqlar müsbət yekunlaşıb.

Sevilya təmsilçisi qolkiperi 18 milyon avroya buraxmağa razılıq verib. “Betis”in transferdən qazancı təkcə bu məbləğ olmayacaq. Belə ki, Romanın eyniadlı təmsilçisi “Cenoa”ya icarəyə göndərilən hücumçu Antonio Sarabiyanın transfer hüquqlarının 50 faizini də “Betis”ə verəcək.

Qeyd edək ki, P.Lopes ötən mövsüm 35 oyunda meydana çıxıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR