Meksikada naməlum silahlılar bar yaxınlığında 1 nəfəri öldürüb, 11 nəfəri yaralayıb

Meksikada naməlum silahlılar bar yaxınlığında 1 nəfəri öldürüb, 11 nəfəri yaralayıb
# 15 may 2019 06:51 (UTC +04:00)

Meksikanın Playa-del-Karmen şəhərində barların birində baş vermiş silahlı insident nəticəsində 1 nəfər ölüb, daha 11 nəfər yaralanıb.

ONA xəbər verir ki, bu barədə Kintana-Roo ştatının baş prokurorluğu məlumat yayıb.

Bildirilir ki, gecə saatlarında iki silahlı şəxs barın yaxınlığından keçərkən onun qarşısında olanlara atəş açıb. Bundan sonra hadisə yerinə hüquq-mühafizə orqanları, hərbi qüvvələr cəlb olunub.

Hazırda hadisənin bütün təfərrüatları araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR