Çində yanvar-mart ayları ərzində ÜDM koronavirus pandemiyası fonunda 6,8% azalıb.
APA “TASS”-a istinadən xəbər verir ki, bu barədə ÇXR-in Dövlət Statistika İdarəsi məlumat yayıb.
Beləliklə, ölkədə ÜDM 2020-ci ilin birinci rübündə təxminən 2,92 trilyon dollar olub. Bu dövrdə xidmət sektoru 5,2% azalaraq 1,73 trilyon dollar, sənaye 9,6% azalaraq 1,04 trilyon dollar, kənd təsərrüfatı sektoru 3,2% azalaraq 142,82 milyard dollar təşkil edib.