Beynəlxalq Avtovağzalda avtobus sürücünün pulu oğurlanıb

Beynəlxalq Avtovağzalda avtobus sürücünün pulu oğurlanıb
# 18 may 2020 09:16 (UTC +04:00)

Bakıda xətt avtobusundan pul oğurlanıb.

APA-nın məlumatına görə, hadisə Binəqədi rayonu yerləşən Beynəlxalq Avtovağzalda qeydə alınıb.

Naməlum şəxs 91 saylı xətt avtobusunda sürücünün 60 manat pulunu oğurlayıb.

Binəqədi rayon Polis İdarəsinin Post-Patrul Bölüyü əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Xırdalan şəhər sakini, əvvəllər məhkum olunmuş 1988-ci il təvəllüdlü Bilal Əsədov tutulub.

Faktla bağlı Binəqədi rayon Polis İdarəsində cinayət işi başlanıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR