"PAŞA Sığorta"nın İdarə Heyətinə yeni təyinat olub

"PAŞA Sığorta"nın İdarə Heyətinə yeni təyinat olub
# 03 may 2019 17:09 (UTC +04:00)

"PAŞA Sığorta" şirkətinin İdarə Heyətinə yeni təyinat olub.

Şorkətdən ONA-ya verilən məlumata görə, Ülviyyə Abbasova "PAŞA Sığorta" şirkətində İdarə Heyətinin üzvü vəzifəsini müvəqqəti icra edən vəzifəsinə təyin edilib. O, şirkətin maliyyə blokuna rəhbərlik edəcək. Ü. Abbasova bir müddət əvvəl "PAŞA Sığorta" şirkətinin İdarə Heyətinin üzvlərindən biri olan və bu postu tərk edən Murad Süleymanovu əvəz edəcək. Qeyd edək ki, Murad Süleymanov "PAŞA Holding" şirkətinə maliyyə direktoru təyin edilib.

Ü. Abbasova bakalavr və magistr təhsilini Bakı Dövlət Universitetində fərqlənmə diplomu ilə bitirib. Daha sonra 2015-ci ildə "IE Business School"da biznesin idarəedilməsi üzrə magistr dərəcəsinə yiyələnib. Müxtəlif illərdə ixtisaslaşmış sertifikasiya kurslarında təlim keçib, CIMA və ACCA kimi beynəlxalq sertifikatlara yiyələnərək risklərin idarə olunması, maliyyə və mühasibatlıq sahələrində bilik və keyfiyyətlərə malikdir.

Uzun müddət "Unibank"da müxtəlif rəhbər vəzifələrdə çalışmış Ü. Abbasova 2016-cı ildən etibarən "PAŞA Holding"də fəaliyyət göstərib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR