Azərbaycanda ilk dəfə 1902-ci ildə quraşdırılmış seysmoqraf cihazı nümayiş etdiriləcək

Azərbaycanda ilk dəfə 1902-ci ildə quraşdırılmış seysmoqraf cihazı nümayiş etdiriləcək
# 11 mart 2019 13:21 (UTC +04:00)

Azərbaycanda "Elm Günü"-nün qeyd olunması ilə bağlı Azərbaycan Prezidentinin müvafiq sərəncamın əsasən, martın 27-də Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət  Mərkəzi tərəfindən ilk dəfə “Açıq qapı” günü keçiriləcək.

Bu barədə ONA-ya açıqlamasında Respublika Seysmoloji Xidmət  Mərkəzi İnformasiya şöbəsinin müdiri Vüsalə Rafiqqızı  bildirib.

V. Rafiqqızı deyib ki, tədbirdə son 100 ildə ilk dəfə Azərbaycan ərazisində seysmoloji tədqiqatların aparılmasında istifadə edilən cihaz və avadanlıqlar nümayiş etdiriləcək, ictimaiyyət nümayəndələrinə bu sahədə aparılan tədqiqatların tarixi, keçilən yol haqqında geniş məlumat veriləcək.

Şöbə müdiri qeyd edib ki, Azərbaycanda instrumental seysmoloji tədqiqatların aparılma tarixi 2022-ci ildə artıq 120 il olacaq. Onun sözlərinə görə, hələ çar Rusiyası dövründə, 1902-ci ildə Şamaxı güclü dağıdıcı zəlzələ olub, şəhərin böyük bir hissəsi dağılıb, hətta Cümə məscidinə də böyük ziyan dəyib. Həmin zəlzələ o dövrdə Tbilisidəki yeganə seysmoqraf cihazı vasitəsi ilə qeydə alınıb. Şamaxıda baş verən güclü zəlzələ Bakıda, ətraf ərazilərdə hiss olunub. Bu zəlzələdən sonra çar hökumətində ciddi narahatlıq yaranıb. Bakıda neft sahəsinə sərmayə qoyan əsasən xarici sərmayədarlar, o cümlədən Nobel qardaşları da zəlzələdən narahat olub. Beləliklə, 1902-ci ildə həmin dövrün standartlarına uyğun iki seysmoqraf cihazı alınıb, Biri Bakıda, digəri Şamaxıda quraşdırılıb. Daha sonra Gəncə üçün də belə cihaz alınıb. Bu, Azərbaycanda seysmoloji instrumental müşahidələrin ilk başlanğıc tarixidir. 1979-cu ildə AMEA-nın Geologi İnstitutunda Arif Həsənovun rəhbərliyi ilə ekspedisiya, 1998-ci ildə isə Nazirlər Kabinetinin qərarı ilə həmin bazada AMEA-nın nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi yaradılır: “Həmin dövrdə cihazlarımız çox köhnəlmişdi, keçmiş SSRİ dövründən qalmışdı və bu səbəbdən 2000-ci ildə Bakı zəlzələ zamanı məlumatların emalında gecikmə baş verdi. Məsələ Heydər Əliyevin nəzərinə çatdırıldıqdan sonra Azərbaycana ən müasir cihazlar alınıb. Hazırda Azərbaycan seysmik stansiyalar və cihazların beynəlxalq standartına görə ABŞ, Yaponiya və digər aparıcı ölkələrlə eyni səviyyədə dayanır. Emal proqramlarımız da həmin ölkələrlə eyni səviyyədədir. 35 daimi quruda, 7 isə mobil seysmik stansiya mövcuddur. 6 geofiziki, 6 da geokiməvi stansiya var. Bundan başqa, 24 CPS stansiya var ki, bu stansiyalar da yerin təkində gedən prosesləri öyrənir. “Açıq qapı” gününün keçirilməsində məqsəd həm 120 ilə yaxın müddətdə keçdiyimiz yoldan danışılacaq, həmin cihazlar ictimaiyyətə təqdim olunacaq. Eyni zamanda seysmoloji materialların emalında Azərbaycan seysmoloqlarının hansı mərhələlərdən keçdikləri ictimaiyyətə təqdim olunacaq”.           

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR