Qubada 30 yaşlı kişi qətlə yetirilib

Qubada 30 yaşlı kişi qətlə yetirilib
# 23 iyul 2019 11:35 (UTC +04:00)

Qubada qətl hadisəsi baş verib.

APA-nın şimal bürosunun verdiyi xəbərə görə, hadisə rayonun Aşağı Atuc kəndində yerləşən kafelərin birində qeydə alınıb. Kənd sakini, 31 yaşlı Cabir Əhmədxanov Quba rayon sakin, 30 yaşlı Babək Şükürovu bıçaqlayaraq öldürüb.

Qətlə yetirilən şəxs ailəli olub, bir övladı var.

Faktla bağlı Quba rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR