"Flynas" Dəmmam-Bakı aviareysi üzrə birbaşa uçuşlara başlayır

"Flynas" Dəmmam-Bakı aviareysi üzrə birbaşa uçuşlara başlayır
# 27 may 2019 11:46 (UTC +04:00)

Səudiyyə Ərəbistanının "Flynas" aviaşirkəti iyunun əvvəlindən etibarən Dəmmam şəhərindən Bakıya birbaşa uçuşlara başlayır. Bu barədə ONA-ya “Flynas”ın Azərbaycanda rəsmi təmsilçisi olan "Khazar Travel" şirkətindən bildirilib.

Şirkətdən verilən məlumata görə, Dəmmamdan Bakıya uçuşlar iyunun 6-dan etibarən başlayacaq və hər həftənin II, IV, VI və VII günləri yerinə yetiriləcək: "Uçuşlar "Airbus 320" təyyarəsi ilə həyata keçiriləcək. Dəmmamdan Bakıya təyyarə yerli vaxtla saat 8:00-da, əks istiqamətdə isə saat 13:10-da havaya qalxacaq. Hazırda bir biletin minimal qiyməti 680 manat təşkil edir".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR