ABŞ Türkmənistanı Cənub Qaz Dəhlizinə qoşulmağa çağırıb

ABŞ Türkmənistanı Cənub Qaz Dəhlizinə qoşulmağa çağırıb
# 26 may 2019 11:08 (UTC +04:00)

ABŞ Türkmənistanı Cənub Qaz Dəhlizinə qoşulmağa çağırıb.

ONA-nın "RİA Novosti" agentliyinə istinadən verdiyi məlumata görə, bunu ABŞ dövlət katibinin enerji məsələləri üzrə köməkçisinin müavini Sandra Oudkirk bildirib.

S. Oudkirk deyib ki, ABŞ Dövlət Departamenti 2018-ci il avqustun 12-də Xəzərin hüquqi statusu barədə Konvensiyanın imzalanmasını müsbət qiymətləndirir və Türkmənistanı Cənub Qaz Dəhlizinə qoşulmaq üçün bu razılaşmadan istifadə etməyə çağırır. Dövlət katibinin köməkçisinin müavini qeyd edib ki, Türkmənistan hazırda Çinə qaz ixrac edir, ancaq bu ölkənin Azərbaycan üzərindən Avropaya qaz ixrac etməsi çox yaxşı olar: "Bu, qaz bazarında rəqabəti artırar. Biz Türkmənistanın bütün imkanlardan istfiadə etməsini istəyirik. Buna Aşqabad qərar verə bilər. Ancaq Türkmənistan bir istehlakçıdan asılıdır. Cənub Qaz Dəhlizi Türkmənistan iqtisadiyyatına daha güclü dəstək verə bilər".

Qeyd edək ki, Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən 3,5 km uzunluqda Cənub Qaz Dəhlizi Xəzər şelfindən Avropaya qaz ixracı üçün nəzərdə tutulub. Cənub Qaz Dəhlizinə Cənubi Qafqaz qaz kəməri, TANAP və TAP daxildir. TANAP Azərbaycanın "Şazhdəniz" qaz yatağından Gürcüstan üzərindən Türkiyəyə, 2020-ci ildə istifadəyə veriləcək TAP isə Cənubi Avropa ölkələrinə qaz ixracına imkan verəcək.

Türkmənistanın Cənub Qaz Dəhlizinə qoşulması üçün Xəzər dənizinin təki ilə Azərbaycana qədər qaz kəmərinin çəkilməsi lazımdır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR