Yeni mövsümün hazırlıqlarını davam etdirən Ağdamın “Qarabağ” klubu növbəti yoxlama oyununu keçirib.
APA-nın məlumatına görə, Azərbaycan çempionu Avstriyadakı toplanış çərçivəsində Rusiyanın "Ufa" klubu ilə qarşılaşıb.
Qurban Qurbanovun yetirmələri 2:1 hesabı ilə qalib gəlib. Ağdamlıların qollarına Abdullah Zubir və Miçel imza atıb. Bu, “Qarabağ”ın Avstriya toplanışında ilk qələbəsi olub.
Qeyd edək ki, “Qarabağ” bunadək “Ludoqorets”ə (Bolqarıstan) 0:2 hesabı ilə məğlub olub, “Universitatya” (Krayova, Rumıniya) ilə qolsuz heç-heçə edib.