Bu ilin yanvar-fevral aylarında Azərbaycan ölkə əhalisinin nominal gəlirləri əvvəlki ilin eyni dövrünə nisbətən 8,9% artaraq 8 301,5 mln. manat təşkil edib.
"APA-Economics"in Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, əhalinin hər nəfərinə orta hesabla 834 manatlıq gəlir düşüb. Bu da illik müqayisədə 8% çoxdur.