Səudiyyə Ərəbistanında mayın 28-dən tədricən normal həyat tərzinə keçiləcək

Səudiyyə Ərəbistanında mayın 28-dən tədricən normal həyat tərzinə keçiləcək
# 26 may 2020 03:18 (UTC +04:00)

Mayın 28-dən Səudiyyə Ərəbistanında koronavirusla bağlı tətbiq edilən məhdudiyyətlər tədricən yumşaldılacaq.

APA RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə krallığın Səhiyyə naziri Tovfik ər-Rabia “Əl-Ehbariya” telekanalında bildirib.

Nazir qeyd edib ki, bu həftənin cümə axşamından sonra ölkədə tədricən normal həyat tərzinə keçiləcək: “Bu addım xəstəliyin erkən aşkarlanması üçün müayinələrin və yoluxmanın ağır hallarının müalicə etmək imkanlarının genişləndirilməsinə əsaslanır”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR