KTN sığorta şirkətlərinə heyvan və texnikaların sığortalanması üçün xüsusi məhsulların hazırlanmasını təklif edib

KTN sığorta şirkətlərinə heyvan və texnikaların sığortalanması üçün xüsusi məhsulların hazırlanmasını təklif edib
# 28 iyun 2019 11:23 (UTC +04:00)

Kənd Təsərrüfatı Nazirliyi (KTN) kənd təsərrüfatı heyvanlarının və kənd təsərrüfatı texnikalarının sığortalanması üçün xüsusi məhsulların hazırlanmasını təklif edib.

APA-Economics”in məlumatına görə, bunu bu gün Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Əliyev Mirzə Əliyev "Azərbaycanda sığorta bazarı: trendlər və imkanlar" mövzusunda keçirilən 9-cu Beynəlxalq Sığorta Forumunda bildirib.

M. Əliyev deyib ki, ötən ilin dekabr ayından etibarən ölkədə kənd təsərrüfatı texnikası və damazlıq heyvanların bazarında liberallaşma həyata keçirilib: "Bu da özlüyündə sığorta bazarının üzərinə çox böyük yüklər qoyuldu və müəyyən ehtiyaclar doğdu. Bu gün əhalinin 47,2%-i kənd yerlərində işləyir. Məşğul əhalinin 36,1%-i kənd təsərrüfatında işləyir. Kənd əhalisinin 80-90%-i kənd təsərrüfatı ilə məşğuldur. Biz kənd təsərrüfatı texnikasını və damazlıq heyvanları sığortalayan zaman fermerlər tərəfindən bir neçə ehtiyacı hiss edirik. Birinci istiqamət ondan ibarətdir ki, kənd təsərrüfatında sığorta olunan şəxsin imkanlarına və onun sığorta tarixçəsinə baxmadan, hər hansı heyvanı hansı şəraitdə saxlayacağından asılı olmayaraq sığorta şirkətləri hamıya olan standart qiymətlər təklif edilir. Bu da fermerlərdə haqlı narazılıq yaradır. Biz sığorta şirkətlərini dəvət edirik ki, kənd təsərrüfatı heyvanlarının sığortalanması üzrə, xüsusən satış zamanı xüsusi məhsullar hazırlasınlar. Ən birincisi, biz fermerlərə subsidiya verən zaman sığortanın 3 il müddətində olmasını tələb edirik. Fermerlər isə 1 il müddətində sığorta ödənişini həyata keçirib, növbəti 2 il üçün isə ödənişi növbəti illərdə həyata keçirmək istəyirlər. Amma Azərbaycan sığorta bazarında elə bir sığorta məhsulu mövcud deyil”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR