Kürdəmirdə qəza olub, 3 nəfər xəsarət alıb - FOTO

Kürdəmirdə qəza olub, 3 nəfər xəsarət alıb - FOTO
# 13 iyul 2019 09:40 (UTC +04:00)

Kürdəmirdə yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün səhər saatlarında Bakı-Qazax magistral yolunun Kürdəmir rayonunun Sığırlı kəndindən keçən hissəsində qeydə alınıb.

Bakı şəhər sakini, 41 yaşlı Habil Əsəd oğlu Aliyevin idarə etdiyi "Mercedes" markalı minik maşını ilə Oruc Rza oğlu Əliyevin idarə etdiyi "Leksus" markalı maşın toqquşub.

Zərbənin təsirindən "Mercedes" yoldan çıxaraq aşıb.

Nəticədə sərnişinlər Dilarə Şəmistan qızı Əliyeva, Zəhra Həsən qızı Əliyeva və Nəzrin Habil qızı Əliyeva müxtəlif xəsarətlərlə Kürdəmir Rayon Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR