“Dərs vaxtı” proqramının sabah üçün nəzərdə tutulan dərs cədvəli açıqlanıb

“Dərs vaxtı” proqramının sabah üçün nəzərdə tutulan dərs cədvəli açıqlanıb
# 17 mart 2020 16:07 (UTC +04:00)

Təhsil Nazirliyinin dəstəyi ilə “Mədəniyyət” kanalında yayımlanan “Dərs vaxtı” proqramının 18 mart üçün nəzərdə tutulan dərs cədvəli açıqlanıb.

Nazirlikdən APA-ya verilən məlumata görə, Azərbaycan bölməsi üçün sabah saat 10:00-da I sinif – Azərbaycan dili, Riyaziyyat, Həyat bilgisi, 10:25-də II sinif – Azərbaycan dili, Riyaziyyat, Musiqi, 10:50-də III sinif - Azərbaycan dili, Riyaziyyat, Həyat bilgisi, 11:25-də IV sinif – Azərbaycan dili, Riyaziyyat, Təsviri İncəsənət, 11:50-də V sinif – Azərbaycan dili, Riyaziyyat, Həyat bilgisi, Azərbaycan tarixi, 12:30-da XI sinif – Azərbaycan dili, Riyaziyyat, İngilis dili, Biologiya dərsi olacaq.

Saat 13:10-dan 15:10-a qədər “Dərs vaxtı”nın canlı müzakirəsi olacaq.

Rus bölməsi üçün 15:10-da III sinif – Rus dili, Riyaziyyat, 15:30-da VIII sinif – Rus dili, Riyaziyyat, Kimya, 16:05-də IX sinif Fizika, Biologiya, Coğrafiya dərsi olacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR