Kanadada son sutka ərzində koronavirusa yoluxanların sayı 1727 nəfər artaraq 28 379-dan 30 106 nəfərə yüksəlib.
APA “TASS”-a istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Bu müddətdə virusdan ölənlərin sayı 185 nəfər artıb və ümumilikdə 1195-ə çatıb. 9729 nəfər isə sağalıb.
Bundan əvvəlki yüksək göstərici aprelin 2-də qeydə alınmışdı. Həmin vaxt 1655 nəfər virusa yoluxmuşdu.
Ən çox yoluxma halları yenə də Kvebek (15 857), Ontario (8961) və Alberta (2158) əyalətlərində qeydə alınıb.