Ermənistanın paytaxtı Yerevanda bir qrup şəxs meriya qarşısında şəhərin məişət tullantılarından təmizlənməsi prosesinin lazımi şəkildə həyata keçirilməsi tələbi ilə etiraz aksiyası keçirib.
APA-nın “Armenpress”ə istinadən verdiyi xəbərə görə, etirazçılar yaxınlıqda yerləşən binalardan birindən zibilləri toplayaraq şəhər meriyasının qarşısına gətiriblər.
Etirazçılar bildiriblər ki, ərazidə artıq 21 gündür məişət tullantıları toplanılmır.
Aksiya zamanı 3 etirazçı polis tərəfindən saxlanılıb.