Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bu gün 3 dövlət lideri ilə telefon danışığı olub.
APA-nın yerli bürosunun Türkiyə Prezident Adminstrasiyasının Kommunikasiya İdarəsinə istinadən verdiyi xəbərə görə, Ərdoğan Fələstinin dövlət başçısı Mahmud Abbas, Tunisin Milli Məclis sədri Rəşid əl-Qannuşi və Bolqarıstanın Baş naziri Boyko Borisovla telefonla danışıb.
Liderlər ikitərəfli əlaqələr, regional məsələlərlə yanaşı, COVID-19 pandemiyası ilə mübarizədə əməkdaşlıq imkanlarını müzakirə ediblər.