Şəmkirdə qarlı yolda qalan 5 nəfər xilas edilib - VİDEO

Şəmkirdə qarlı yolda qalan 5 nəfər xilas edilib - VİDEO
# 12 fevral 2020 15:51 (UTC +04:00)

Bu gün Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Şəmkir rayonunun Yuxarı Çaykənd kəndi istiqamətində 1 ədəd avtomobilin qarlı yolda batması və avtomobilin içərisində biri azyaşlı olmaqla 5 nəfər vətəndaşın çıxılmaz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Nazirlikdən APA-ya verilən məlumata görə, dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri cəlb olunub.

Qarlı yolda batıb qalmış avtomobil çıxarılaraq vətəndaşların hərəkətlərinə davam etməsi təmin olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR