Dağlıq Qarabağda məskunlaşmış rusiyalı biznesmen ölkəsini tərk etməsinin səbəbini açıqlayıb

Dağlıq Qarabağda məskunlaşmış rusiyalı biznesmen ölkəsini tərk etməsinin səbəbini açıqlayıb
# 13 iyul 2015 13:14 (UTC +04:00)

APA-nın Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, bunu Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsində məskunlaşan rusiyalı iş adamı German Sterliqov Şuşa şəhərində keçirdiyi brifinqdə deyib.

Biznesmen bildirib ki, ünvanına təhdidlər səsləndirildikdən sonra evi yandırılıb və uşağını oğurlamağa cəhd ediblər.

Hazırda Rusiyada baş verənləri məhkəmə orqanlarının ona böhtan atmaq cəhdi kimi qiymətləndirən G. Sterliqov qeyd edib ki, məhz jurnalistlərin sayəsində hamı onu millətçiləri maliyyələşdirdiyinə görə barəsində həbs-qətimkan qərarının veriləcəyi adam kimi tanıyıb.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR