Eldar Sultanov: "Mehman Hüseynovun Fərəc Quliyevlə bağlı müraciəti Mərkəzi Seçki Komissiyasına göndərilib"

Eldar Sultanov: "Mehman Hüseynovun Fərəc Quliyevlə bağlı müraciəti Mərkəzi Seçki Komissiyasına göndərilib"
# 06 fevral 2020 20:12 (UTC +04:00)

"Mehman Hüseynovun nəzərinə çatdırıram ki, onunla eyni dairədən namizədliyi qeydə alınmış Fərəc Quliyev tərəfindən seçki qanunvericiliyinin tələblərinin ehtimal olunan pozulması barədə Baş Prokurorluğa daxil olmuş müraciəti, Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112 və 112-1-ci maddələrinin tələblərinə əsasən, baxılması və müvafiq qərarın qəbul edilməsi üçün aidiyyəti üzrə Mərkəzi Seşki Komissiyasına göndərilib".

APA-nın məlumatına görə, bu barədə Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov deputatlığa namizəd Mehman Hüseynovun "Facebook" sosial şəbəkəsində statusuna yazdığı şərhdə bildirib.

Qeyd edək ki, Mehman Hüseynov Fərəc Quliyevlə bağlı müraciətin Baş Prokurorluqda baxılmadığını iddia edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR