Bakıda 31 yaşlı kişini avtomobil vurub

Bakıda 31 yaşlı kişini avtomobil vurub
# 25 iyul 2019 23:46 (UTC +04:00)

Bakının Xəzər rayonunda bir nəfəri avtomobil vurub.

APA-nın məlumatına görə, hadisə Maştağa qəsəbəsində baş verib.

Minik avtomobilinin vurduğu 31 yaşlı Bəbirov Rəşad Sərhəd oğlu dərhal xəstəxanaya çatdırılıb. Ona döş qəfəsinin əzilməsi, sol baldır sümüyünün sınığı diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR