““Yeni Klinika” tibb mərkəzinin açılması bizə çox böyük dəstək oldu, indiyə qədər 130-a qədər koronavirusa yoluxan xəstə burada müalicə olunub”.
APA-nın məlumatına görə, bunu bu gün karantin rejimində məhdudiyyətlərin sanitar-epidemioloji vəziyyətə uyğun olaraq yumşaldılması ilə bağlı Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında TƏBİB İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.
R. Bayramlı deyib ki, hazırda “Yeni klinika”da 6 ağır xəstə var, 8-ə qədər xəstə isə süni nəfəs aparatına qoşulmaqla müalicə alır.