Aprelin 27-dən "ASAN Xidmət" mərkəzləri vətəndaşlara 320-dən çox xidmət göstərəcək

Aprelin 27-dən "ASAN Xidmət" mərkəzləri vətəndaşlara 320-dən çox xidmət göstərəcək
# 25 aprel 2020 11:20 (UTC +04:00)

"Aprelin 27-dən "ASAN Xidmət" mərkəzləri vətəndaşlara 320-dən çox xidmət göstərəcək".

APA xəbər verir ki, bunu karantin dövründə "ASAN xidmət" mərkəzlərinin fəaliyyət qaydaları ilə bağlı mətbuat konfransıda Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev deyib. O bildirib ki, sadəcə olaraq vətəndaşlar kütləvi toplaşmanın qarşısını almaq üçün əvvəlcədən növbə almalıdırlar: "Bunun üçün 3 imkan yaradılıb. Hər kəs ağıllı telefonlarda "Asan xidmət" mobil tətbiqindən isitifadə edə bilər. Vətəndaşlar seçdiyi mərkəz üzrə növbə götürə bilərlər. Onlar mərkəzə gəlib gözləmədən xidməti alacaqlar. Həmçinin asan.gov.az saytı vasitəsilə onlayn növbə götürə bilərlər. Vətəndaş sabahkı gün üçün özü vaxtı müəyyənləşdirə bilər. Cari gün üçün isə sistem avtomatik vaxtı təyin edir.

‌Üçüncü yol isə Çağrı Mərkəzinə -108-ə zəng vurub növbə götürməkdir. Qabaqcadan növbə götürməyənlər mərkəzə buraxılmayacaq".

Ü.Mehdiyev qeyd edib ki, görülən tədbirlər vətəndaşlar üçündür: "Əvvəlki dövrdə gün ərzində 30 min vətəndaş qəbul edilirdisə, hazırki dövrdə bu qədər insanın qəbul olunması yolverilməzdir".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR