“Brüssellə aramızdakı ən əhəmiyyətli məsələlərin razılaşdırılması istiqamətində çox az irəliləyiş əldə etmişik”.
APA-nın Britaniya bürosunun “Sky News”a istinadən verdiyi xəbərə görə, bunu Britaniyanın “Brexit” danışıqları üzrə baş müzakirəçisi David Frost deyib.
O, Avropa İttifaqı (Aİ) ilə gələcək münasibətlərə dair danışıqların üçüncü raundunun başa çatdığını bildirib.
D. Frost hər iki tərəfin qanuni mətnləri müzakirə etdiyini, müzakirəçilər arasında qarşılıqlı anlaşmanın olduğunu qeyd edib.
Bununla belə o, ən əhəmiyyətli məsələlərin razılaşdırılması istiqamətində çox az irəliləyişin əldə edildiyini vurğulayıb.
D. Frost əsas maneənin Aİ-nin bəzi yeni təklifləri ilə əlaqələndirib. Onun sözlərinə görə, Aİ həmin təkliflərin sövdələşməyə daxil edilməsini istəyir. O, bu təkliflərin azad ticarət razılaşmasına uyğun olmadığını bildirib.
D. Frost qeyd edib ki, Brüssel bu barədə mövqeyini dəyişməsə, irəliləyiş əldə edilməyəcək.