Vyanada Hərtərəfli Birgə Fəaliyyət Planı üzrə komissiyanın iclası keçiriləcək

Vyanada Hərtərəfli Birgə Fəaliyyət Planı üzrə komissiyanın iclası keçiriləcək
# 27 iyun 2019 16:20 (UTC +04:00)

İranın xarici işlər nazirinin müavini Seyid Abbas Əraqçi bu gün Avstriyaya səfər edib.

APA-nın Tehran bürosunun məlumatına görə, səfərdə məqsəd Vyanada İran və 5+1 ölkələrinin nümayəndələrinin iştirakı ilə keçirilən Hərtərəfli Birgə Fəaliyyət Planı (HBFP) üzrə müştərək komissiyanın iclasında iştirak etməkdir.

Məlumata görə, müştərək komissiyanın iclası sabah təşkil olunacaq.

A.Əraqçi iclasda İran nümayəndə heyətinə başçılıq edir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR