Bakının Nəsimi rayonunda yük maşınları toqquşub, xəsarət alan var - FOTO - VİDEO

Bakının Nəsimi rayonunda yük maşınları toqquşub, xəsarət alan var - FOTO - VİDEO
# 23 may 2019 02:09 (UTC +04:00)

Bakının Nəsimi rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

ONA xəbər verir ki, hadisə A.Salamzadə küçəsi ilə Z.Bünyadov prospektini birləşdirən yolötürücü tunelin çıxışında qeydə alınıb.

Məlumata görə, ağır qaldırıcı texnikanı daşıyan və Abbasəli Qurbanovun idarə etdiyi "MAZ" markalı qoşqulu yük maşını yolun kənarı ilə aşağı sürətlə hərəkətdə olarkən arxadan gələn "Shacman" markalı yük maşını ona çırpılıb. Nəticədə yük maşınının sürücüsü Eyvaz Bəndəliyev ağır xəsarətlər alıb. Yaralı xəstəxanaya çatdırılıb.

Fakt Nəsimi polisi tərəfindən araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR