Bakı-Şamaxı yolunda hərəkət 4 saatlıq məhdudlaşdırılacaq

Bakı-Şamaxı yolunda hərəkət 4 saatlıq məhdudlaşdırılacaq
# 24 may 2019 12:03 (UTC +04:00)

Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 13-cü kilometrliyində (Hökməlin dairəsinin yanı) yerüstü piyada keçidinin tikintisi işləri həyata keçirilir.

"Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyindən ONA-ya verilən məlumata görə, piyada keçidinin tikintisini tamamlamaq üçün metal aşırım hissəsinin quraşdırılması tələb olunur.

Bu səbəbdən də magistralın sözügedən hissəsində 26 may tarixində səhər saat 05:00 dan 09:00-a kimi hərəkət məhdudlaşdırılacaq.

Alternativ olaraq sürücülər şəhər mərkəzinə Hökməli qəsəbəsinin daxili yolundan və Bakı-Sumqayıt şosesindən istifadə edərək gələ bilərlər.

Qısa müddətlik yarana biləcək narahatlığa görə üzr istəyirik və sürücülərdən göstərilən saatlarda alternativ yollardan istifadə etmələrini xahiş edirik.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR