Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri Rüstəm İbrahimbəyov erməni rejissorla müştərək film çəkib
25 iyun 2008 12:20 (UTC +04:00)
Filmin əsas qəhrəmanlarını Ukrayna kinoaktyorları Oksana Akinşina və Oleq Yankovski canlandırıb. Büdcəsi 17,5 milyon qrivna olan ekran əsərinin premyerası cari ilin payızında keçiriləcək. Bu vəsaitin 70%-i Ukrayna Mədəniyyət Nazirliyi tərəfindən ayrılıb.
Rüstəm İbrahimbəyov APA-ya açıqlamasında həqiqətən də erməni rejissorla müştərək film çəkdiklərini təsdiqləyib. Filmin çəkilişlərinin Ukraynada aparıldığını deyən R. İbrahimbəyov ssenarini 15 il əvvəl yazdığını söyləyib: “2007-ci ildə istehsal olunan “Cənnət quşları” filmi Ukraynada 1985-ci ildə baş verən hadisələrdən bəhs edir: “Orada nə erməni, nə də azərbaycanlı var. Roman Balayan Ukraynada yaşayır, Ukrayna vətəndaşıdır. Erməni əsilli rejissorla işbirliyi qurmaq nəyə görə pis qarşılanmalıdır? Ancaq vəhşilər belə düşünə bilərlər. Erməni xalqı bizim düşmənimiz deyil, bizim düşmənimiz Ermənistanın rəhbərliyi, ordusu və siyasətçiləridir. Biz hər yerdə erməni xalqı ilə düşmən olmadığımızı deməliyik. Biz Qarabağı qaytarmaq istəyirik və bu torpaqları əhalisi ilə birgə qaytaracağıq. Siyasətimiz elə qurulmalıdır ki, Azərbaycan və erməni xalqı bir-birinə düşmən olmasın. Sadəcə, bizim ordumuz onların ordusunu udmalıdır. Ancaq xalqla ömür boyu düşmən kimi yaşaya bilmərik. Biz 10-15 ildən sonra özünüz çıxıb deyəcəyik ki, qardaş millətlərik. Bu, çox mürəkkəb məsələdir. Bizim ermənilərlə düşmən olduğumuzu demək daha çox onların xeyrinə işləyir. Ermənilər bildirirlər ki, Azərbaycana qayıda bilməzlər, çünki azərbaycanlıları onlar sevmirlər. Buna görə biz də deməliyik ki, erməni xalqına, adi insana heç bir nifrətimiz yoxdur. Biz Ermənistan ordusu ilə düşmənçilik etməliyik. Bu vəziyyətdən sülh yolu ilə olmasa da, hərbi yolla çıxacağıq. Hər erməninin bizim düşmənimiz olduğunu demək düzgün deyil”.
Qeyd edək ki, psixoloji-dramatik üslubda çəkilən film Moskva beynəlxalq film festivalına təqdim olunub. Sovet kinosunun nümayəndələrindən olan Sergey Paracanovun yetirmələrindən olan R. Balayan filmin mövzusu üçün Dmitri Savitskinin “K üçün vals” kitabından götürüb. Əsərdəki hadisələr XX əsrin 80-ci illərində SSRİ ərazisində cərəyan edir. Filmin ssenari müəllifi R. İbrahimbəyov kitabla tanış olduqdan sonra onun çəkilişində iştirak etməyə qərar verdiyini bildirib.

İncəsənət
“Nizami günləri” layihəsi çərçivəsində “Nizami muğam dünyası” adlı konsert təqdim olunub - FOTOLENT
14:34
15 sentyabr 2024
Gəncə Filarmoniyasında Arif Məlikovun mahnılarından ibarət konsert olub
15:30
14 sentyabr 2024
Gəncədə "Nizami günləri" layihəsi çərçivəsində "Qiraət axşamı" təşkil olunub
13:29
14 sentyabr 2024
Əməkdar artist Rafiq İbrahimov vəfat edib
22:28
13 sentyabr 2024