Azərbaycanda Ukrayna Mədəniyyəti Günləri keçiriləcək

Azərbaycanda Ukrayna Mədəniyyəti Günləri keçiriləcək
# 28 iyun 2008 09:54 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. İyunun 30-da və iyulun 1-də Azərbaycanda Ukrayna Mədəniyyəti Günləri keçiriləcək. Bu barədə APA-ya Mədəniyyət və Turizm Nazirliyinin incəsənət şöbəsindən məlumat verilib. Ukrayna Mədəniyyət Günlərinin açılış mərasimi iyunun 30-da Yaşıl Teatr Bakı Konsert Kompleksində təşkil olunacaq. Həmin gün ukraynalı incəsənət ustalarının iştirakı ilə konsert proqramı keçiriləcək. İyulun 1-də isə Mədəniyyət Günləri çərçivəsində ukraynalı musiqiçilər və teatr xadimləri Sumqayıt şəhərində çıxış edəcəklər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR