Azərbaycanın milli geyimləri, xalçası, tətbiqi sənət nümunələri Ermitajda nümayiş olunacaq

Azərbaycanın milli geyimləri, xalçası, tətbiqi sənət nümunələri Ermitajda nümayiş olunacaq
# 05 avqust 2008 14:47 (UTC +04:00)
Bakı. Laura Cəbrayıllı - APA. Sankt-Peterburqda Azərbaycanın müasir xalçası, bədii metalı, milli geyimləri, rəngkarlıq, qrafika və tətbiqi sənət sərgisi keçiriləcək. Azərbaycan Rəssamlar İttifaqının katibi Ənvər Qarayev APA-ya sərginin Ermitaj Şəkil Qalereyasında açılacağını bildirib. Artıq hazırlığına başlanan sərginin oktyabrın sonu, noyabrın əvvəlində nümayişi nəzərdə tutulub. Sankt-Peterburqda eyni vaxtda Azərbaycanın gənc rəssamlarının da sərgisi təşkil olunacaq. Azərbaycanın tətbiqi sənət nümunələrindən ibarət genişləndirilmiş sərginin Paris, Lion və İstanbul şəhərlərində də keçirilməsi nəzərdə tutulub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR