Mahmud Kaşğarlının 1000 illiyi münasibətilə Azərbaycan üzrə keçirilən beynəlxalq hekayə müsabiqəsinin qalibləri açıqlanıb

Mahmud Kaşğarlının 1000 illiyi münasibətilə Azərbaycan üzrə keçirilən beynəlxalq hekayə müsabiqəsinin qalibləri açıqlanıb
# 07 avqust 2008 10:53 (UTC +04:00)
Bakı. Laura Cəbrayıllı – APA. Bu gün Azərbaycanda Atatürk Mərkəzində Mahmud Kaşğarlının 1000 illiyi münasibətilə Azərbaycan üzrə keçirilən beynəlxalq hekayə müsabiqəsinin nəticələrinə həsr olunmuş mətbuat konfransı keçirilib. APA-nın məlumatına görə, “Ulduz” jurnalının baş redaktoru Elçin Hüseynbəyli müsabiqənin münsiflərini və şərtlərini açıqlayıb: “Müsabiqədə iştirak üçün 36 yazar müraciət edib. Onların 3-ü müsabiqənin şərtlərini pozduğuna görə kənarda qalıb. Müsabiqəyə 33 yazarın 43 hekayəsi buraxılıb. İntiqam Qasımzadə, Bəsti Əlibəyli, Rəşad Məcid, Qulu Ağsəs və Elçin Hüseynbəylinin təmsil olunduğu münsiflər heyəti şərti adla təmsil olunmuş yazarların hekayələrini 10 ballıq cədvəl əsasında qiymətləndirib”. Münsiflər heyəti bağlı zərfləri açaraq, şərti adlarla ilk dörd yeri tutan müəlliflərin adlarını açıqlayıblar. Beləliklə, I yeri “Ədnan” imzalı “Salam, baça” hekayəsinin müəllifi Zakir Sadatlı, II yeri “Toğrul Oğuzxan” imzalı “Dirilmə” hekayəsinin müəllifi Fəxri Uğurlu, III yeri “Qoca” imzalı “Mənim tanımadığım Moskva” hekayəsinin müəllifi Eyvaz Zeynalov, xüsusi mükafatı isə “Nərgiz” imzalı “Polinez” hekayəsinin müəllifi Vəsilə Usubova qazanıb. E. Hüseynbəyli bildirib ki, ilk yerə layiq görülən hekayə Türkiyə türkcəsinə çevrilərək, yarışmanın ikinci mərhələsinə qatılacaq.
Qeyd edək ki, Mahmud Kaşğarinin 1000 illiyi münasibətilə Azərbaycan üzrə keçirilən beynəlxalq hekayə müsabiqəsinin II mərhələsində 24 yazar iştirak edəcək. Bu mərhələnin qaliblərinin mükafatlandırılması dekabrda İstanbulda keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR