Özbəkistanın məşhur “Yalla” qrupu Bakıya gələcək

Özbəkistanın məşhur “Yalla” qrupu Bakıya gələcək
# 19 avqust 2008 12:51 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Özbəkistanın tanınmış “Yalla” qrupu Bakıda konsert proqramı ilə çıxış edəcək. Yaşıl Teatr Bakı Konsert Kompleksində baş tutacaq konsertin sentyabrın sonlarında keçirilməsi nəzərdə tutulur. Yaşıl Teatrdan APA-ya bildirilib ki, artıq konsertə hazırlıq başlayıb. Qeyd edək ki, bu, 70-ci illərdən fəaliyyət göstərən “Yalla” qrupunun Azərbaycana ilk səfəri deyil. Bədii rəhbəri Fərrux Zakirov olan qrup Azərbaycanda dəfələrlə konsert verib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR