“Leyli və Məcnun” operası Türkiyə və Kiprdə nümayiş olunacaq

“Leyli və Məcnun” operası Türkiyə və Kiprdə nümayiş olunacaq
# 20 avqust 2008 09:46 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. TÜRKSOY-un təşkil etdiyi ənənəvi musiqi festivalı bu il Üzeyir Hacıbəyovun “Leyli və Məcnun” operasının 100 illiyinə həsr olunub. Bu barədə APA-ya məlumat verən xalq artisti Mənsum İbrahimov bildirib ki, tədbir Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə sentyabrın 7-dən 15-dək Türkiyənin Mersin şəhərində və Şimali Kipr Türk Cümhuriyyətində keçiriləcək. Tədbir çərçivəsində “Leyli və Məcnun” operası nümayiş olunacaq. Operada Məcnun rolunu Mənsum İbrahimov, Leyli rolunu isə Nəzakət Teymurova canlandıracaq. Xanəndələri Türkiyənin Simfonik Orkestri, tarda Elçin Həşimov və kamançada Elnur Əhmədov müşayiət edəcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR