Türkmənistanda keçirilən "Qızıl əsrin Qızıl nəsli" adlı istedadlı uşaqların beynəlxalq festivalında Azərbaycan da təmsil olunub

Türkmənistanda keçirilən "Qızıl əsrin Qızıl nəsli" adlı istedadlı uşaqların beynəlxalq festivalında Azərbaycan da təmsil olunub
# 20 avqust 2008 14:36 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Bakıda fəaliyyət göstərən S. Ələsgərov adına 1 nömrəli uşaq incəsənət məktəbinin bir qrup şagirdi Türkmənistanın Aşqabad şəhərində keçirilmiş "Qızıl əsrin Qızıl nəsli" adlı istedadlı uşaqların beynəlxalq festivalında iştirak edib. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən APA-ya bildirilib ki, festivalda ABŞ, Almaniya, Azərbaycan, Birləşmiş Ərəb Əmirlikləri, Hindistan, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Rusiya, Türkiyə, Türkmənistan məktəbliləri təmsil olunub. Yüzlərlə uşaq və yeniyetmənin iştirak etdiyi bu tədbirdə Azərbaycanı təmsil edən rəqqaslar Rəşadət Bahadurlu və Məhəmməd Abdullayev “Folklor rəqs” və “Müasir rəqs” nominasiyaları üzrə, saz ifaçısı Fateh Quluzadə “Xalq mahnısı” nominasiyası üzrə uğurla çıxış ediblər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR