“Hökmdarın taleyi” filmi “Qızıl minbər” beynəlxalq müsəlman filmləri festivalında nümayiş olunacaq

“Hökmdarın taleyi” filmi “Qızıl minbər” beynəlxalq müsəlman filmləri festivalında nümayiş olunacaq
# 22 avqust 2008 09:01 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Oktyabrın 16-dan 22-dək Tatarıstanın paytaxtı Kazanda IV “Qızıl minbər” beynəlxalq müsəlman filmləri festivalı keçiriləcək. APA-nın məlumatına görə, artıq festivalda nümayiş etdirilmək üçün 58 film göndərilib. Bunlardan 24-ü tammetarjlı, 13-ü qısametrajlı bədii, 21-i iiə sənədli filmlərdir. Müsəlman filmləri festivalında Bosniya və Hersoqavina, Banqladeş, Əfqanıstan, Qazaxıstan, İordaniya, Səudiyyə Ərəbistanı, Fələstin, Türkiyə, İndoneziya, Suriya, İran, Hindistan, Mərakeş, Misirlə yanaşı Azərbaycan da təmsil olunacaq. Mədəniyyət və Turizm Nazirliyinin kinematoqrafiya şöbəsindən APA-ya bildirilib ki, festivalda nümayiş etdirilməsi üçün “Hokmdarın taleyi” filmi təşkilat komitəsinə göndərilib. Filmin quruluşçu rejissoruları Ramiz Fətəliyev və Dilşad Fatxulin, quruluşçu operatoru Dilşad Fatxulin, bəstəkarı isə Polad Bülbüloğludur. Filmdə xalq artisti Fəxrəddin Manafov, Məmməd Səfa, Kamran Yunus, Vidadi Həsənov, Günəş Əliyeva, Aysu Əfəndiyeva, Yuri Bariyev, Mehriban Zəki, Sənubər İsgəndərli, Manaf Dadaşov, Muxtar İbadov, Leyli Hüseynli, Əli Cəfərov, Rusiya aktyorları Daniil Spivakovskiy, Aleksandr Qalibin, İlyar Şakunov, Tacikistan aktyoru Saydo Qurbanov və başqaları çəkilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR