Rəssamlar arasında “Xalq yaradıcılığı” müsabiqəsi keçiriləcək

Rəssamlar arasında “Xalq yaradıcılığı” müsabiqəsi keçiriləcək
# 28 avqust 2008 11:10 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqının birgə təşəbbüsü ilə rəssamlar arasında “Xalq yaradıcılığı” müsabiqəsi keçiriləcək. Azərbaycan Rəssamlar İttifaqının katibi, rəssam Ənvər Qarayev deyib ki, müsabiqə sentyabrın 15-də Azərbaycan Dövlət İstiqlal Muzeyində baş tutacaq. Bir neçə gün davam edəcək müsabiqədə respublikanın hər bölgəsindən xalq sənətkarları iştirak edəcək. Qaliblər müsabiqənin 13 nəfərdən ibarət münsiflər heyəti tərəfindən müəyyənləşdiriləcək. Qaliblər müəyyən olunmuş pul mükafatı ilə təltif olunacaqlar.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR