Rusiyanın xalq artisti Sergey Bezrukov Bakıda jurnalistlərlə görüşüb

Rusiyanın xalq artisti Sergey Bezrukov Bakıda jurnalistlərlə görüşüb
# 29 avqust 2008 12:27 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Bu gün Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Rusiyanın xalq artisti Sergey Bezrukov “Yaradıcılıq görüşü” adlı proqramla çıxış edəcək. APA-nın məlumatına görə, dünən gecə Bakıya gələn aktyor bu gün jurnalistlərlə görüşüb. Sergey Bezrukov Bakıdakı çıxışında həm Sergey Yesenindən şeirlər oxuyacağını, həm də bu şairin sözlərinə yazdığı mahnıları ifa edəcəyini bildirib: “Çox sevinirəm ki, bu gün Bakıda Sergey Yeseninin muzeyi var. Düzdür, muzeyin vəziyyəti çox da qənatəbəxş deyil. Bu muzeyin saxlanılmasına çalışmalıyıq, çünki bu, ölkələr arasındakı bağların qırılmasına imkan verməməliyik”.
S. Bezrukov onu da deyib ki, konsertdən əldə olunacaq gəlirin yarısı məhz bu muzeyin bərpasına sərf olunacaq. S. Bezrukov qeyd edib ki, yaxın vaxtlarda onun baş rolu canlandırdığı, Rusiyanın tarixindən bəhs edən “Admiral” filmi yayımlanmağa başlanacaq. Qeyd edək ki, aktyorun Azərbaycana səfəri “Procent” şirkətinin təşkilatçılığı ilə baş tutub. Sergey Bezrukov sabah səhər vətəninə qayıdacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR